26 Fevral 2022 12:28
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Silahlı Qüvvələri Ukraynanın hərbi infrastrukturunun 821 obyektini sıradan çıxarıb.

Teleqraf.com xəbər verir ki, bu barədə şənbə günü keçirdiyi brifinqdə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Ümumilikdə, Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi infrastrukturunun 821 obyektini məhv edib. Bunlardan 14-ü hərbi aerodrom, 19-u komanda məntəqəsi və rabitə mərkəzi, 24-ü S-300 və “Osa” zenit-raket kompleksləri, 48-i radiolokasiya stansiyasıdırı”, - deyə o qeyd edib.

O əlavə edib ki, hərbçilər Ukraynanın hərbi infrastrukturuna havadan və dənizdən qanadlı raketlərdən istifadə etməklə yüksək dəqiqlikli silahlarla zərbələr endirib: “Gecə ərzində Rusiya Federasiyasının Silahlı Qüvvələri Ukraynanın hərbi infrastrukturuna hava və dəniz bazalı qanadlı raketlərdən istifadə etməklə uzaqmənzilli dəqiqlikli silahlarla zərbələr endirib”.

Rusiya Silahlı Qüvvələrinin atəş dəstəyi ilə “DXR” və “LXR” qoşun qrupları hücumun uğurunu inkişaf etdirməyə davam edir. “Xüsusi hərbi əməliyyat davam edir. DXR və LXR qoşun qruplaşması Rusiya Silahlı Qüvvələrinin atəş dəstəyi ilə bir gündə düşmənin müdafiəsinə nüfuzetmə zonalarını genişləndirib və hücumun uğurunu inkişaf etdirməyə davam edir”.

Müdafiə Nazirliyi aydınlaşdırıb ki, Rusiya hərbçiləri Ukraynaya məxsus 7 döyüş təyyarəsi, 7 helikopter və 9 PUA-nı vurub: “Yeddi döyüş təyyarəsi, yeddi helikopter, doqquz pilotsuz uçuş aparatı vurulub. 87 tank və digər zirehli döyüş maşını, 28 reaktiv yaylım atəşi sistemi, 118 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib. Rusiya Hərbi-Dəniz Qüvvələri Ukrayna Hərbi-Dəniz Qüvvələrinə məxsus 8 hərbi kateri məhv edib”.

İqor Konaşenkov deyib ki, xüsusi əməliyyat zamanı “LXR” qoşunlarının qrupu 30 kilometr dərinliyə qədər irəliləyərək Baxmutovka və Qreçişkino yaşayış məntəqələrini ələ keçirib: “Rusiya Silahlı Qüvvələrinin atəş dəstəyi ilə DXR və LXR qoşun qrupları bir gündə düşmənin müdafiəsində sıçrayış sahələrini genişləndirib və hücumun uğurunu inkişaf etdirməyə davam ediblər. Luqansk Xalq Respublikasının qoşun qruplaşması. Respublika 30 kilometr dərinliyə qədər irəliləyərək Baxmutovka və Qreçişkino yaşayış məntəqələrini ələ keçirib. Novomaysk istiqamətində irəliləyən Donetsk Xalq Respublikasının birləşmələri və hərbi hissələri daha 6 kilometr irəliləyiblər”.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü əlavə edib ki, ukraynalılar geri çəkilərək arxada qalan elektrik yarımstansiyalarını və çaylar üzərindəki körpüləri partlarlar.


Müəllif: Səxavət

Oxşar xəbərlər