26 Fevral 2022 13:30
1 747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Vladimir Zelenski Avropa Şurasının sədri Şarl Mişellə Ukraynaya gələcək yardımı müzakirə edib və bildirib ki, müzakirəni yekunlaşdırmaq və ölkəsinin Avropa Birliyinə üzvlüyü ilə bağlı qərar vermək üçün həlledici məqam gəlib çatıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Tvitterdə yazıb.

“Uzun müddətdir davam edən müzakirələri birdəfəlik bağlamaq və Ukraynanın Avropa Birliyinə üzvlüyü ilə bağlı qərar vermək üçün həlledici məqam yetişib. Avropa Şurasının prezidenti Şarl Mişellə gələcək yardımı və ukraynalıların azad gələcəkləri uğrunda qəhrəmancasına mübarizəsini müzakirə etdim”, - Zelenski bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər