İngiltərə Xarici işlər naziri Liz Trass Rusiyanın Ukraynaya hücumu ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, o, bunun Putin üçün sonun başlanğıcı ola biləcəyini deyib.
O, Ukrayna ordusunun işğalçılara müqavimət göstərməyə davam etdiyini bildirib: “Hərbi sahədə müdafiə dəstəyimiz davam edəcək”.
Trass hücumların uzunmüddətli ola biləcəyinə də diqqət çəkib:
“Bu, bir neçə il ola bilər. Biz bilirik ki, Rusiyanın güclü qüvvəsi var, amma ukraynalılar cəsur və öz ölkələrini qorumaq əzmindədirlər”.
Rusiyaya qarşıdurmanı böyütməmək üçün xəbərdarlıq etdiklərini deyən Trass bu vəziyyətin Putin üçün sonun başlanğıcı ola biləcəyini də qeyd edib.
Rusiyanın qoşunlarını geri çəkməsi lazım olduğunu deyən nazir Ukraynadan gələn qaçqınlar üçün nələr edilə biləcəyi üzərində çalışdıqlarını açıqlayıb.