Danimarka Ukrayna uğrunda müharibədə öz könüllülərinin Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirakını təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, Danimarkanın Baş naziri Mette Frederiksenə görə, ölkə vətəndaşları Ukraynada beynəlxalq müdafiə legionuna qoşula bilərlər.
Onun sözlərinə görə, ukraynalı hərbçilər Danimarkadan 2 700 tank əleyhinə qumbaraatan və sursat alacaqlar.
Qeyd edək ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenski əcnəbiləri Ukraynaya gələrək rus qoşunlarına qarşı döyüşə qoşulmağa çağırıb. Prezident Ukraynanın dostu olan bütün xarici ölkələrin vətəndaşlarına müraciət edərək bildirib ki, Avropada və dünyada təhlükəsizliyin müdafiəsinə qoşulmaq istəyən hər kəs gəlib ukraynalılarla çiyin-çiyinə dayana bilər.
Ukrayna Prezidentinin 10 iyun 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Silahlı Qüvvələrdə hərbi xidmət keçmə haqqında Əsasnamə”yə əsasən, əcnəbilər Ukrayna Silahlı Qüvvələrinə hərbi xidmət keçmək, ərazi müdafiə qüvvələrinin sıraları da daxil olmaqla könüllülülük əsasında müqavilə bağlamaq hüququna malikdirlər.