28 Fevral 2022 14:58
1 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Putinə heyranlığı ilə tanınan “Çelsi”nin rusiyalı sahibi Roman Abramoviçin qızı Sofiya Abramoviç Rusiyanın Ukraynaya təcavüz cəhdini sərt şəkildə tənqid edib.

Teleqraf.com xəbər verir ki, rusiyalı milyarderlər siyahısında birinci yerdə olan 55 yaşlı Abramoviç Putinin Ukraynaya qarşı müharibəsindən sonra susub.

Lakin məşhur milyarderin 27 yaşlı qızı Sofiya sosial media hesabında Putinin üstündən xətt çəkilmiş paylaşım edib.

Gənc qız paylaşımında “Rusiya Ukrayna ilə müharibə istəyir” cümləsindəki “Rusiya” sözünün üstündən xətt çəkərək “Putin” yazıb.

Fotodan sonra mesaj yazan Sofiya Abramoviç “Kreml təbliğatının ən böyük və ən uğurlu yalanı rusların əksəriyyətinin Putinin tərəfində olmasıdır” - deyə, fikirləri təkzib edib.

Qeyd edək ki, Roman Abramoviç ötən gün klub rəhbərliyini "Çelsi" Fondunun qəyyumuna həvalə edib.

Gənc qızın bu reaksiyası atasının rəhbərliyi təhvil verdikdən sonra verməsi diqqətdən qaçmayıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər