Kanada öz limanlarını və ərazi sularını Rusiyaya məxsus və ya Rusiyada qeydiyyatdan keçmiş gəmilərə bağlayır.
Teleqraf.com xəbər verir ki, bunu Kanadanın nəqliyyat naziri Omar Alqabra deyib.
"Biz Ukraynanın yanında olmağa davam edəcəyik" o, bildirib. Nazir deyib ki, bütün bu addımlar Rusiyaya tətbiq edilən sanksiyalar paketinin bir hissəsidir.