2 Mart 2022 12:07
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son məlumata görə, dünən ən ağır gün Xarkov, Jitomir, Xerson, Sumı, Donetsk, Kirovoqrad, Nikolayev və Kiyev vilayətlərində olub.

Teleqraf.com xəbər verir ki, bu barədə sözügedən vilayətlərin regional rəhbərliklərinin açıqlamalarında bildirilib.

Məlumata görə, Jitomirdə rus hərbçiləri evləri bombalayıblar. Dalğa xəstəxana və doğum evinə təsir edib. 10 fərdi yaşayış evi dağılıb, 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

Kirovoqrad vilayətindəki Kanatova hərbi aerodromu atəşə tutulub. Gecə və səhər bir neçə dəfə “Həyəcan” siqnalı verilib.

Volında sakitlikdir.

Xerson tamamilə rus qoşunlarının nəzarətindədir. Rusların şəhərin hər yerində hərbi texnika və canlı qüvvələri var.

Zaporojye, Rivne, Çerkassı, Poltava, İvano-Frankivsk və Xmelintski, Vinnitsa və Ternopolda sakitlikdir. Gecə Lvov və Çernivtsidədə sakit keçib.

Çerniqovda gecə hava həyəcanı verilib, şəhərin ətrafında mövqe döyüşləri gedib.

Sumıda axşam və gecə çətin olub. Ərazilərdə döyüşlər gedib. Rus ordusunun çox sayda texnikasını məhv edilib. Hazırda şəhərə artilleriyadan atəş açılır.

Severodonetskin Luqansk vilayətində gecə sakit keçib, Muratovoda ruslar yerli sakinləri soyur, dinc insanlar arasında ölənlər var.

Donetskin Volnovaxa və Mariupol şəhərlərində isə vəziyyət son dərəcə ağırdır. Ruslar sözügedən şəhərlərə üç raket atıblar, ölənlər var, onların sayı müəyyənləşdirilir. Bölgə sakinləri təxliyə edilir

Odessada durum nisbətən sakitdir.

Nikolayevşçinada hücum əməliyyatı aparılıb. İlkin məlumatlara görə, rus qoşunları çox sayda itki verib.

Gecə Dneprdə həyəcan təbili çalınıb.

Xarkovda bütün gecə yaşayış yerləri atəşə tutub. Gecə rusların “Su-25” təyyarələri Çuqev, Xarkov və Poltavanı bombalayıb. Ölənlər və yaralılar var.

Kiyev vilayətində, Bila Tserkva rayonunda vəziyyət nəzarət altındadır. Gecə saatlarında Bila Serkvada iki partlayış səsi eşidilib, xəsarət alan olmayıb. Rus qoşunları tərəfindən ələ keçirilmiş ərazilər yoxdur.

Borispil rayonunda vəziyyət nəzarət altındadır. Buçada isə vəziyyət kritikdir. Dağıntılar altında yaralananlar var.

Qostomeldə vaxtaşırı atışlar və döyüşlər baş verir.

Gecə Zakarpatiyada sakit keçib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər