3 Mart 2022 20:57
2 424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın müdafiəsində aktiv rol oynadığı açıqlanan “Bayraktar TB2” dünyanın ən nüfuzlu nəşrlərindən olan “Taym”ın da diqqətini çəkib.

Teleqraf.com xəbər verir ki, nəşr “Ukraynanın Rusiyaya qarşı gizli silahı: Türk pilotsuz təyyarələri” başlıqlı məqalədə türk dronlarının Ukrayna ordusunun uğurlu əməliyyatlarındakı rolundan yazıb.

“Taym” aviasiya, kosmos və hərbi mövzularda araşdırması ilə tanınan Arda Mövludoğlunun açıqlamasına da yer verib.

Mövludoğlu “Bayraktar TB2”-nin Ukraynadakı uğuru ilə bağlı bu sözləri deyib:

“Ukrayna hərbçiləri tərəfindən yayılan görüntülərdə Rusiyanın hava hücumundan müdafiə sistemində ciddi qüsurların olduğu görünür, bu, bir çox mütəxəssisi təəccübləndirib. Görüntülər həm də psixoloji müharibə üçün çox faydalıdır”.

“Taym” həmçinin amerikalı ekspert Toni Osbörnün də açıqlamasına yer verib:

“Bayraktar”lar son illərdə həqiqətən ciddi uğurlara imza atıblar. Mübahisəsiz deyirəm ki, bu, hazırda ən məşhur drondur. “Bayraktar”ların ən gözəl cəhəti onların ucuz olmasıdır, ona görə də onları itirməkdən çox narahat olmamalısınız. Siz onları döyüşə göndərib, düşmənə ciddi zərbə vurub qələbə qazana bilərsiniz”.

Pilotsuz təyyarələr axtaran Ukraynaya ABŞ, Çin və İsrail müsbət cavab verməyib. Ukraynaya PUA satmağa razılıq verən yeganə ölkə Türkiyə olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər