22 Noyabr 2014 19:26
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radasının yeni tərkibdə keçiriləcək ilk toplantısında millət vəkili andının mətnini təntənəli şəkildə tribunadan Krım tatarlarının lideri Mustafa Cəmilev oxuyacaq.

Teleqraf.com-un məlumatına görə, “censor.net” saytına istinadən verdiyi məlumata görə, bunu Xalq Cəbhəsindən seçilmiş millət vəkili, yeni parlamentinin ilk toplantısının hazırlanması üzrə deputat qrupunun rəhbəri Andrey Parubiy deyib.

A. Parubiy bildirib ki, andı Ali Radanın ən yaşlı üzvü qismində Regionlar Partiyasının üzvü Yefim Zvyaqilskinin oxumasına imkan verilməyəcək. O, iclası parlamentin indiki sədri Aleksandr Turçinovun açacağını və daha sonra andiçmə mərasiminin başlayacağını söyləyib: “Turçinov ən yaşlı deputatlar kimi Yefim Zvyaqilski, Yuri Şuxeviş və Mustafa Cəmilev tribunaya dəvət edəcək. Hesab edirəm ki, hazırda Krımın işğal olunması və qardaşlarımızın ortada qalmasının rəmzi mənasını nəzərə alaraq, andı deputatlara Mustafa Cəmiloğlu elan etməlidir”.

Qeyd edək ki, M. Cəmiloğlu prezident Petro Poroşenkonun blokunun namizədlər siyahısında 5-ci sıradan millət vəkili seçilib.


Müəllif:

Oxşar xəbərlər