4 Mart 2022 14:58
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya başa düşür ki, siyasi məqsədlərə hərbi yolla nail olmaq mümkün deyil”.

Teleqraf.com xəbər verir ki, Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç Rusiya-Ukrayna danışıqların təfərrüatlarını açıqlayıb.

Aretoviçin sözlərinə görə, ruslar tələbləri tədricən azaldır: “Onlar denazifikasiya və s. haqqında danışmağı dayandırdılar. Və qoşulmama statusu haqqında danışdılar. Söhbət Ukraynada müəyyən növ hücum silahlarının yerləşdirilməsinin qarşısını almaqdan gedir”, - Kiyev rəsmisi bildirib.

Eyni zamanda o qeyd edib ki, rusların tələblərinin azalması onu göstərir ki, Rusiya Federasiyası öz siyasi məqsədlərinə hərbi yolla nail olmağın mümkün olmadığını başa düşür.

Arestoviç dünən Brest şəhərində keçirilən görüş zamanı əldə olunan razılaşma haqqında da danışıb: “Ukraynanın mühasirədə olan şəhərlərinə, Rusiya işğalından əziyyət çəkən şəhərlərə humanitar yardım və ya humanitar dəhlizlərin verilməsi ilə bağlı tərəflər arasında nəzəri razılaşma var. Bu razılaşma beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənib”.

Xatırladaq ki, bir müddət əvvəl mediada Rusiyanın Ukrayna ilə danışıqlarda tələbləri açıqlanmışdı.


Müəllif: Nemət

Oxşar xəbərlər