Bu gün Rusiya hərbçiləri Donbas istiqamətində yenidən Ukrayna sərhədini pozublar. Eyni zamanda, ruslara məxsus hərbi texnikanın təxminən 20 vahidi "İzvarino" sərhəd buraxılış məntəqəsindən ölkənin şərqinə daxil olublar.
Zirehli texnika Rusiya Federasiyası hüdudlarını keçərək, Luqansk istiqamətində hərəkət edib.
Teleqraf.com-un məlumatına görə, antiterror qüvvələrinin mövqeləri Rusiya ərazisindən, eləcə də separatçıların nəzarətində olan bölgələrdən intensiv atəşə tutulub.
Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Analitik İnformasiya Mərkəzinin rəhbəri Andrey Lısenko məlumat verib. Onun sözlərinə görə, sutka ərzində hökumət qüvvələri təmas xəttində müxtəlif istiqamətlərdən artilleriya atəşinə məruz qalıb.
Nail Cəlil