7 Mart 2022 14:17
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin Rusiyanın Ukraynaya təcavüzü zamanı törətdiyi hərbi cinayətlərin araşdırılması üzrə ilk iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ali Radanın Milli təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin üzvü Fyodor Venislavski bildirib.

“Bu, Rusiyanın hərbi cinayətlərinə beynəlxalq hüquqi qiymət vermək üçün ilk addım olacaq. Nəticəni bir neçə ay, bir il, hətta bir neçə il ərzində əldə edəcəyik. Çünki bu, ciddi fəaliyyətdir. Amma biz nəticəni Beynəlxalq Cinayət Məhkəməsinin hərbi cinayətkarlara qarşı konkret hökmlərində görəcəyik”, - Venislavski qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər