8 Mart 2022 10:39
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəqliyyat infrastrukturuna milyardlarla qrivna ziyan vurub və ən böyük obyektlərin yenidən qurulması bir-iki il çəkəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov bildirib.

Ötən həftənin sonunda təkcə nəqliyyat infrastrukturuna (yollar, körpülər, dəmir yolları, müəssisələr, hava limanları) dəyən ziyan 10 milyard dolları ötüb.

Kubrakovun sözlərinə görə, Ukrayna öz bərpasında dünyanın köməyinə arxalanacaq.

Nazir hesab edir ki, obyektlərin əksəriyyəti bir ilə, ən mürəkkəb və ən böyük müəssisələr iki ilə bərpa olunacaq. “Biz mütləq qalib gələcəyik və hər şeyi yenidən quracağıq”, - Kubrakov deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər