Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlara qatılmasına icazə verilməməlidir.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya İdman Nazirliyinin 37 ölkə adından yaydığı bəyanatda deyilir.
“Biz həmfikir dövlətlər olaraq, beynəlxalq idman təşkilatlarının mövqeyini dəstəklədiyimizi bir daha təsdiqləyirik ki, Rusiya və Belarus beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməməli və ya onlara namizəd göstərilməməlidir”, - bəyanatda qeyd edilib.
Açıqlamada Belarus və Rusiyanı təmsil edən məşqçilər və komandaların, eləcə də təşkilatların və klubların beynəlxalq yarışlarda iştirakının qadağan edilməsi tələb olunub.
Bundan əlavə, 37 ölkə Rusiya və ya Belarusun sponsorluq və digər maliyyə dəstəyini məhdudlaşdırmaq üçün müvafiq addımlar atmağa çağırıb.