9 Mart 2022 13:21
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Silahlı Qüvvələrinin keçirdiyi xüsusi hərbi əməliyyat 2022-ci ilin martında Ukraynanın separatçı Luqansk və Donetsk "respublikaları"na qarşı genişmiqyaslı hücumunun qarşısını alıb.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib.

“Rusiya silahlı qüvvələrinin fevralın 24-dən həyata keçirdiyi xüsusi hərbi əməliyyat bu ilin martında Ukrayna qoşunlarının Kiyevin nəzarətində olmayan Luqansk, Donetsk "respublikaları"na zərbə qruplarının genişmiqyaslı hücumunun qarşısını alıb”,- Konaşenkov bildirib.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin vurğuladığı kimi, bunu xüsusi hərbi əməliyyat zamanı Rusiya hərbçilərinin əlinə keçən Milli Qvardiya komandanlığının məxfi sənədləri sübut edir.

Konaşenkovun sözlərinə görə, ABŞ və NATO-nun Ukrayna ordusu tərəfindən Donbasa basqın əməliyyatının planlaşdırılması və hazırlanmasında nə dərəcədə dərindən iştirak etdiyi hələlik məlum deyil.

“Beləliklə, hələlik yalnız bir sual qaranlıq olaraq qalır: ABŞ rəhbərliyi və onun NATO müttəfiqləri martın əvvəlində Ukrayna qoşunlarının xidmətlərarası qruplaşması tərəfindən Donbasa basqın əməliyyatının planlaşdırılması və hazırlanmasında nə dərəcədə dərindən iştirak ediblər”, - deyə general bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər