9 Mart 2022 19:39
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbçiləri Mariupoldakı doğum evinə artilleriya zərbəsi endiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi rəhbərinin birinci müavini Vyaçeslav Abroskin feysbukda yazıb.

"Ruslar Mariupoldakı 2 saylı doğum evinə artilleriya zərbəsi endiriblər. Şahidlərin sözlərinə görə, doğum evi yerlə-yeksan olub, çoxlu sayda yaralı var. Bir qadın həlak olub", - Abroskin qeyd edib.

Bundan əlavə, Mariupol Şəhər Şurasının mətbuat xidməti rus hərbçilərinin uşaq xəstəxanasına bir neçə bomba atdığını bildirib:

"Dağıntılar böyükdür. Xəsarət alan uşaqlarla bağlı məlumat dəqiqləşdirilir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər