“Rusiya üçün Ukraynaya qarşı müharibəni dayandırmaq yox, onu dondurmaq sərfəlidir”.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı araşdırmaçı-jurnalist Xristo Qrozev deyib.
Onun sözlərinə görə, Rusiya bir müddət sonra münaqişəni dondurmağa çalışacaq:
“Müharibənin bitib-bitmədiyi bəlli deyil, amma bir müddət sonra daha qan tökülməyəcək. Məncə, biz buna yaxınlaşırıq, bu, on günün məsələsidir. Başa düşürlər ki, getdikcə zəifləyirlər, müharibəni indi dayandırsalar, məğlub olduqlarını etiraf etməli olacaqlar. Buna görə də, məsələni "donmuş mərhələdə" dayandırmaq onlara sərfəlidir, yəqin ki, bunu edəcəklər”.
Qrozevin fikrincə, Rusiya müharibəni o zaman bitirəcək ki, Ukraynada hakimiyyətə yeni siyasi elita gələcək.