10 Mart 2022 11:05
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Evin sözçüsü Cen Psaki Rusiyanın ABŞ-ın Ukraynada kimyəvi və bioloji silah istehsal etməsi ilə bağlı iddialarını təkzib edib.

Teleqraf.com xəbər verir ki, o, Rusiyanın Ukraynada kimyəvi və ya bioloji silahlardan istifadə edə biləcəyini deyib.

“ABŞ-ın Ukraynada bioloji silah laboratoriyalarına sahib olduğu və kimyəvi silahlar hazırladığına dair yalan iddiaları qeydə aldıq. Çinin də bu sui-qəsd nəzəriyyələrini səsləndirdiyini görürük. Bu, ağlasığmaz iddiadır”, - Psaki vurğulayıb.

Bu iddiaların Rusiyanın uzunmüddətli dezinformasiya kampaniyalarından biri olduğunu bildirən Psaki ABŞ-ın Kimyəvi və Bioloji Silahlar Müqaviləsindəki öhdəliklərini yerinə yetirdiyini və belə silahlar hazırlamadığını bildirib.

Ağ Evin sözçüsü rus müxalifətçi Aleksey Navaninin zəhərlənməsində kimyəvi silahdan istifadə edən ölkənin Rusiya olduğuna diqqət çəkib:

“Rusiya Suriyada davamlı olaraq kimyəvi silahdan istifadə edən Əsəd rejiminə dəstək verən də Rusiyadır, beynəlxalq hüququ pozaraq bioloji və kimyəvi silahlar hazırlayan da Rusiyadır”.

Psaki bütün bunların Rusiyanın Ukraynaya qarşı müharibəsi üçün bəhanə olduğunu deyib:

“Rusiya yalan iddialar irəli sürür və görünən odur ki, Çin də bu təbliğatı dəstəkləyir. İndi biz hamımız gözümüzü açıq saxlamalıyıq ki, Rusiyanın Ukraynada kimyəvi və ya bioloji silahlardan istifadə etməsi və ya bu silahlardan istifadə etmək üçün saxta əməliyyat keçirməsi ehtimalı var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər