Kiyev mütəmadi olaraq Moskvaya Rusiya Prezidenti Vladimir Putinin Ukrayna Prezidenti Vladimir Zelenski ilə birbaşa danışıqlar aparmasını təklif edir. Hazırda bu məsələ iki ölkənin xarici işlər nazirləri arasında müzakirələr mərhələsindədir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirmişdi ki, Kiyev Putin və Zelenski arasında birbaşa danışıqlar aparmağı xahiş edir.
“Kiyev davamlı olaraq belə təkliflərlə Moskvaya müraciət edir”, - deyə Peskov Kiyevin müvafiq təkliflər edib-etmədiyi barədə suala cavab olaraq deyib.
O əlavə edib ki, bu cür danışıqların təşkili prosesi Rusiya və Ukraynanın xarici işlər nazirliklərinin rəhbərləri tərəfindən müzakirə mərhələsindədir. Nazirlərin birbaşa təmasların aparılması ilə bağlı razılığa gələ biləcəklərini soruşduqda Kreml sözçüsü danışıqların nəticəsini gözləməyi təklif edib.
“Gəlin, nəticələri gözləyək və onların nəyə razılaşacağını anlayaq”, - Peskov bildirib.
O, həmçinin bildirib ki, Rusiya-Ukrayna danışıqlarının yeni raundunun martın 10-u və ya 11-də Belarusda baş tutacağına dair xəbərləri görmədiyini vurğulayıb.