Rusiya Prezidenti Vladimir Putin bunu etmək arzusunda olan insanların Ukraynada xüsusi əməliyyatda iştirak etmək üçün göndərilməsi ideyasını dəstəkləyib.
Teleqraf.com xəbər verir ki, V.Putin bunu Təhlükəsizlik Şurasının üzvləri ilə bugünkü görüşündə deyib.
Müdafiə naziri Sergey Şoyqu bildirib ki, artıq xeyli sayda müraciət daxil olub, ən çox müraciət isə Yaxın Şərqdən gəlib.
“Bizə onların təbirincə desək, azadlıq hərəkatında iştirak etmək üçün Luqansk və Donetsk Xalq Respublikalarına gəlmək istəyən müxtəlif ölkələrdən çoxlu sayda könüllülərdən müraciətlər daxil olur. Ən böyük rəqəm Yaxın Şərq ölkələrindəndir: artıq 16 mindən çox müraciət var. Və burada, əlbəttə ki, biz müraciətlərə müsbət cavab verməyi düzgün hesab edirik, xüsusən də bu müraciətlər pul üçün deyil, bu insanların səmimi istəyi ilə bağlıdır”, - deyə Şoyqu bildirib.