12 Mart 2022 17:07
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş naziri Naftali Bennet Ukraynaya Rusiyanın müharibəni dayandırmaq tələbləri ilə razılaşmağı təklif etməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak açıqlama verib.

“İsrail Baş naziri Naftali Bennet Ukraynaya Rusiyanın hər hansı tələbi ilə razılaşmağı qətiyyən təklif etməyib. Bu, hərbi və siyasi səbəblərə görə mümkün deyil. Əksinə, İsrail Rusiyaya hadisələri daha adekvat qiymətləndirməyi təklif edir”, - Podolyak bildirib.

Bundan əvvəl İsrail mətbuatı Bennetin Ukrayna Prezidenti Vladimir Zelenskiyə Rusiyanın müharibəyə son qoymaq təkliflərini qəbul etməyi tövsiyə etdiyini yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər