Martın 20-dən 25-dək Tiflisdə NATO-Gürcüstan Təlim və Qiymətləndirmə Mərkəzində (JTEC) “NATO-Gürcüstan – 2022” adlı hərbi təlim keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyindən bildirilib.
Məlumata əsasən, təlimlərdə NATO-ya üzv və tərəfdaş 23 ölkə iştirak edəcək.
Təlimlər zamanı iştirakçılar kompüter simulyasiyaları vasitəsilə NATO əməliyyatlarının planlaşdırılması üçün lazımi bacarıqları inkişaf etdirəcəklər.
Qeyd edək ki, ilk NATO-Gürcüstan təlimi 2016-cı ildə keçirilib və bu, üçüncü təlimdir.