14 Mart 2022 16:24
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 15-dən etibarən Rusiya paytaxtında qoruyucu maskalardan istifadə tələbi ləğv edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin öz bloqunda bildirib.

“Epidemioloji vəziyyətin davamlı olaraq yaxşılaşması bizə çoxdan gözlənilən qərarı qəbul etməyə imkan verir”, - deyə o bildirib.

Bundan əlavə Moskva merinin fərmanı ilə müəssisə və təşkilatlarda COVID-19-a qarşı məcburi tədbirlər ləğv edilir. Bura işçilərin bədən hərarətinin müntəzəm ölçülməsi, iş yerlərində bölücü arakəsmələrin quraşdırılması və sair daxildir.

“Mövcud şərtlərdə bu qərar həm də onsuz da ciddi sanksiya təzyiqi altında olan biznesləri dəstəkləyəcək", - Sobyanin vurğulayıb.

Operativ Qərargahın məlumatına görə, Moskvada sutka ərzində 957 koronavirusa yoluxma faktı aşkarlanıb, 44 nəfər ölüb, 1061 xəstə evə buraxılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər