15 Mart 2022 15:16
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Prezidenti Salome Zurabişvili respublikanın konstitusiyasında yer alan prinsipləri dəfələrlə pozub, bununla bağlı hökumət yaxın vaxtlarda Konstitusiya Məhkəməsinə müraciət etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə hakim “Gürcü arzusu” partiyasının yaydığı bəyanatda deyilir.

Hakim partiya iddia edir ki, dövlət başçısı hökumətin təklifi ilə bir sıra səfirləri təyin etməkdən dəfələrlə imtina edib, həmçinin Nazirlər Kabinetinin əvvəlcədən razılığı olmadan bir sıra xarici ölkələrə səfərlər edib ki, bu da konstitusiya pozuntusudur.

“Son aylar ərzində hökumət nümayəndələri ilə prezident arasında görüşlər olub, bu görüşlərdə prezidentə dəfələrlə Gürcüstan konstitusiyasının məzmunu izah edilib, lakin təəssüf ki, heç bir nəticəsi olmayıb. Bu şərtlər daxilində Gürcüstan hökuməti səlahiyyətləri ilə bağlı mübahisə çərçivəsində yaxın vaxtlarda Konstitusiya Məhkəməsinə müraciət etməyə və Gürcüstan prezidenti tərəfindən konstitusiya pozuntusunun təsdiqini tələb etməyə məcburdur”,-bəyanatda bildirilir.


Müəllif: Nemət