“20 günlük açıq müharibə. 20 gün möhkəmlik və qəhrəmanlıq. 20 günlük mübarizə. Ukrayna Silahlı Qüvvələri qarşıya qoyulan tapşırıqları yerinə yetirir. Biz təcavüzkarı dayandırdıq, ehtiyat hissələri yerləşdirdik və müəyyən istiqamətlərdə əks-hücuma keçdik”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Komandanı, general Valeri Zalujnı bəyan edib.
Rusiya ilə müharibəyə rəhbərlik edən general təəssüflə bildirib ki, Ukrayna ordusu da savaşda itkilər verir:
“Bu itkilər düşmənlə müqayisədə bir neçə dəfə kiçikdirl. Bizim hər bir döyüşçümüzün həyatı və sağlamlığı qiymətsizdir. Əvəzi yoxdur. Həlak olanların ailələrinə başsağlığı verirəm.
Söz verirəm, biz hər bir qardaş və bacı üçün, dinc ukraynalılar üçün, uşaqlarımız üçün qisas alacağıq”.