ABŞ Dövlət katibi Entoni Blinken Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə Türkiyəyə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə, eləcə də göstərdiyi yardıma görə təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Blinken və Çavuşoğlu arasında telefon danışığı olduğunu bildirib.
Ölkə rəsmilərinin Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün diplomatik səyləri müzakirə etdiklərini bildirən Prays deyib:
“Blinken ABŞ-ın Ukrayna xalqına verdiyi dəstək, habelə Putinin səbəbsiz və qəddar müharibəsinə görə məsuliyyət daşıması səyləri haqqında məlumat verib. Dövlət katibi Blinken Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyi ilə yanaşı, Türkiyənin Ukraynaya verdiyi dəstəyə görə təşəkkür edib”.