18 Mart 2022 00:38
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özünü Ukraynanın Baş naziri Denis Şmıqal kimi təqdim edən şəxs Böyük Britaniyanın müdafiə nazirinə zəng edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Ben Vallas "Twitter"də məlumat verib.

"Bu gün özünü Ukraynanın Baş naziri kimi təqdim edən saxtakar mənimlə danışmağa cəhd etdi. O, bir neçə yanlış sual verdi və mən şübhələndikdən sonra telefon danışığını dayandırdım. Moskvanın heç bir dezinformasiyası, təhrifi və çirkin hiyləsi bizim diqqətimizi Rusiyanın insan hüquqlarını pozmasından və Ukraynaya qanunsuz müdaxiləsindən yayındıra bilməz. Bu çarəsiz cəhddir" – deyə Vallas vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər