18 Mart 2022 21:39
1 767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan lideri Ramzan Kadırov Ukraynaya dəstək verən və müharibədə istifadə edilmək üçün silah göndəriləcəyini açıqlayan ABŞ Prezidenti Co Baydenə təşəkkür edib.

Teleqraf.com xəbər verir ki, Kadırov bu silahları ələ keçirib Rusiya adından istifadə etməyi səbirsizliklə gözlədiyini bildirib.

“Vaşinqtondan gözəl, həyəcanverici və ümidverici xəbərlər aldıq. İndiyə qədər Ukraynada ələ keçirdiyimiz silahlardan razı deyildik. Uzun müddətdir ki, döyüşçülərimizi necə ruhlandıracağımızı düşünürdük, lakin heç vaxt düşünmürdük ki, amerikalılar bizə kömək edərdilər”, - Kadırov deyib.

ABŞ-ın silah göndərdiyi xəbərini oxuyanda “ağzının sulandığını” deyən çeçenlərin lideri qeyd edib: “Bütün bunlar doğrudan da bizim olacaq?”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər