20 Mart 2022 09:47
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynadakı vəziyyət pandemiyadan sonra zəifləmiş dünya iqtisadiyyatının bərpasını ləngidəcək, müharibə onu həmişəlik dəyişə bilər.

Teleqraf.com xəbər verir ki, bu xəbərdarlıqla Fransanın “Le Monde” nəşri çıxış edib.

Qəzet qeyd edir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı dünyada ÜDM-in artımının 1 faiz bəndi azalacağını, inflyasiyanın isə 2,5 faiz bəndi artacağını proqnozlaşdırır. “Le Monde” İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş iqtisadçısı Lorens Bundan sitat gətirir: “Bu böhran artıq enerji, ərzaq və bəzi metalların qiymətlərinin artması şəklində özünü göstərir”.

Ötən ilin dekabrında 2022-ci ilin sonuna qədər qlobal iqtisadiyyatın artımının 4,5% olacağını proqnozlaşdıran təşkilat daha əvvəl “qeyri-müəyyənliklərin artması” səbəbindən martın əvvəlinə planlaşdırılan müntəzəm proqnozlarının dərcini ləğv etmək qərarına gəlib.

“Le Monde” həmçinin, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatının dünya iqtisadiyyatı üçün uzunmüddətli nəticələr verə biləcəyinə dair Beynəlxalq Valyuta Fondunun rəyinə istinad edir. “Daha uzunmüddətli perspektivdə bu münaqişə dünya iqtisadi və geosiyasi nizamını əsaslı şəkildə dəyişə bilər – əgər enerji resursları ilə ticarət şərtləri dəyişərsə, təchizat zəncirləri yenidən qurularsa, ödəniş şəbəkələri bölünərsə və ölkələr qızıl-valyuta ehtiyatlarının tərkibinə yenidən baxarsa”, - deyə nəşr Beynəlxalq Valyuta Fondundan sitat gətirir.


Müəllif: Səxavət

Oxşar xəbərlər