21 Mart 2022 13:25
1 926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynaya həyati əhəmiyyətli yüklərin çatdırılmasına mane olur və bu ölkənin sahillərini bağlamaqla humanitar vəziyyəti pisləşdirir.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Krımdan irəliləyən rus qoşunları hələ də Nikolayevdən yan keçərək qərbə, Odessaya doğru hərəkət etməyə çalışırlar. Amma son bir həftədə onlar cüzi irəliləyişə nail olublar.

Rusiya donanması Ukrayna sahillərini blokadaya almağa və bütün Ukraynadakı hədəflərə raket zərbələri endirməyə davam edir.

“Sahillərin blokadası, çox güman ki, Ukraynada humanitar vəziyyəti gərginləşdirəcək, əhaliyə həyati əhəmiyyətli malların çatdırılmasına mane olacaq”, - məlumatda deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər