21 Mart 2022 21:12
1 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski almanları və bütün avropalıları Ukraynada sülhə nail olmaq üçün Rusiyaya təzyiq göstərməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, Zelenski təkcə Rusiyaya bütün Avropa limanlarını bağlamaq, mal tədarükünü dayandırmaq yox, Rusiyanın enerji resurslarından imtina etməyin lazım olduğunu bildirib.

“Almanlar, sizin gücünüz var, Avropanın gücü istənilən raketlərdən, tanklardan daha böyükdür - sizinlə ticarət, Rusiyada şirkətləriniz və banklarınız olmadan bu müharibə üçün pul əldə etmək mümkün olmayacaq. Tezliklə sülhün olmağını istəyirsənsə, bunu etməlisən. Sən isə bunu edə bilərsən, özünü müdafiə etməlisən, heç kimin xalqı məhv edib Avropanı parçalamağa haqqı yoxdur.

Rusiyanın hərbi maşınlarına sponsorluq etməyin, işğalçılara bir avro da olsun pul verməyin, bütün limanlarınızı onların üzünə bağlayın, mal tədarük etməyin, Rusiyanın enerji resurslarından imtina edin, Rusiyaya Ukraynanı tərk etmək üçün təzyiq edin. İnanıram ki, sülh mümkündür, amma siz sülh gətirmək üçün çalışmalısınız, Almaniyada, Avropada hamı bunun üçün çalışmalıdır”, - Zelenski bildirib.

O, öz telefonunun sirenini də işə saldığını deyib və qeyd edib ki, ukraynalılar belə səsləri saatlarla, günlərlə, həftələrlə eşidirlər və dərhal sığınacaqlara üz tuturlar, uşaqlara və qocalara Rusiya raketlərindən xilas olmağa kömək edirlər.

Zelenski həmçinin vurğulayıb ki, Ukrayna öz xilası üçün dünyanın ən böyük ordularından birinə qarşı mübarizə aparır:

“Biz yollarda qaçqınları gülləbaran edən, mülki insanları qətlə yetirən, bütöv şəhərlərdə süni qıtlıq yaradan, məhəllələri yandıran, bu müharibənin 3 həftəsində 115 uşağı öldürən işğalçılarla mübarizə aparırıq. Bu, Avropada İkinci Dünya Müharibəsindən bəri ən ağır müharibədir”.

Ukrayna prezidenti almanlara müraciətində qeyd edib ki, ruslar öz texnikalarına “Berlinə” yazırlar, çünki daha da irəli getmək istəyirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər