“Patriot” hava hücumundan müdafiə sistemləri NATO üzvü olan ölkələrdən Slovakiyaya daxil olmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” diplomatik mənbələrə istinadən məlumat yayıb .
Məlumatda qeyd edilib ki, “Patriot” sistemlərinin yerləşdirilməsinə cavabdeh olan ilk bölmələr tədricən Slovakiyaya gəlməyə başlayıb.
Məlumatda qeyd edilib ki, “Patriot” Slovakiya ordusunun xidmətində olan sovet istehsalı “S-300” sistemlərinin əvəzedicisi deyil, bu, ölkənin hava məkanının müdafiəsinin digər elementidir.
Sistem Slovakiyanın mərkəzindəki Sliaç hərbi hava qüvvələri bazasında yerləşdiriləcək.
Slovakiya hökuməti bundan əvvəl “S-300” zenit-raket kompleksinin dəyişdiriləcəyi təqdirdə, Ukraynaya verməyə hazır olduğunu açıqlayıb.
Rəsmi Moskva Slovakiyanın bu qərarına etiraz edib, Rusiyadan alınmış sistemlərin digər ölkələrə verilə bilməyəcəyini bildirib.