22 Mart 2022 07:50
388
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Baş Assambleyasının Ukraynadakı vəziyyətlə bağlı xüsusi sessiyası gözlənildiyi kimi çərşənbə günü davam edəcək, həftənin sonuna qədər onun iştirakçıları humanitar vəziyyətlə bağlı qətnaməyə səs verəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə bazar ertəsi TASS-a dünya təşkilatındakı mənbə bildirib.

"Ukraynadakı humanitar vəziyyətlə bağlı qətnamə üzrə səsvermənin BMT Baş Assambleyasının xüsusi sessiyasında keçirilməsi planlaşdırılır, bu, gözlənildiyi kimi, çərşənbə günü davam etdiriləcək", - mənbə bildirib.

BMT Baş Assambleyası Sədrinin Ofisi martın 23-də Ukrayna üzrə xüsusi sessiyanın davam olunacağını təsdiqləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər