25 Mart 2022 22:27
1 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiyanın VR Milli Dəmiryolu Şirkəti Sankt-Peterburq-Helsinki xəttində sərnişin daşınmasını dayandıracağını elan edib.

Teleqraf.com xəbər verir ki, sonuncu qatar bazar günü Sankt-Peterburqdan yola düşəcək.

Qatara yalnız Finlandiya və Rusiya vətəndaşlarının minməsinə icazə verilir. Sanksiyalara rəğmən qatar xəttinin açıq olmasına səbəb hər 2 ölkə vətəndaşlarının vətənə qayıtmasını təmin etmək idi.

Finlandiya hökumətindəki mənbə bildirib ki, artıq xəttin istismarı rentabelli olmadığı üçün reyslər qeyri-müəyyən vaxtadək dayandırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər