“Google” və “Apple Pay” Rusiyanın milli ödəniş sistemi “Mir” ödəmə sistemini qadağan etmək üçün yenidən hərəkətə keçib.
Teleqraf.com xəbər verir ki, Rusiyanın milli ödəniş sistemi “Mir” martın əvvəlində “Apple” və “Google” ödəniş sistemlərindən çıxarılıb.
Lakin bütün qadağalara baxmayaraq proqramın boşluğundan Rusiya “Apple Pay” və “Google Pay” ödəniş sistemlərindən istifadə etməyə davam edirdi. “Google” ötən həftə bu boşluğu aradan qaldıra bildi. Bu mənada rusiyalı istifadəçilər daha bir xidmətlə vidalaşıblar. Əvvəlcə “Google”, indi “Apple Pay” Rusiya üçün bütün qapıları bağlayıb.