28 Mart 2022 15:44
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada başlayan müharibədən sonra ilk dəfə ATB Korporasiyası Polşa, Baltikyanı ölkələr və Türkiyədən öz idxalına başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

Bu qərar şirkət tərəfindən Ukraynadakı müharibə ilə əlaqədar daxili bazarda ukraynalı istehsalçıların müvafiq təkliflərinin kifayət qədər olmamasını nəzərə alaraq qəbul edilib.

Şirkət öz idxalının müvafiq təşkilatların və könüllü hərəkatların humanitar yardımları ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.

İdxal olunan məhsul və malların siyahısına ət və balıq konservləri, makaron məmulatları, şorba və qənnadı məmulatları, çaylar və s daxildir.

Bundan əvvəl ATB “Roshen” və “Nasha Ryaba”nın məhsullarını supermarketlərə qaytarıb.

Qeyd edək ki, müharibə səbəbindən Ukraynaya humanitar mallar istisna olmaqla xaricdən çox məhdud mallar daxil olurdu.


Müəllif: Nemət

Oxşar xəbərlər