Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üzrə səylərini davam etdirir.
Teleqraf.com-un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında baş vermiş insidentlərlə bağlı ölkəmizin mövqeyi 26 mart bəyanatında əks olunub. Biz təkidlə tərəfləri 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın icrasını təmin etməyə çağırmışıq. Rusiya Müdafiə Nazirliyi və Rusiya sülhməramlı kontingentinin komandanlığı vəziyyətin deeskalasiyası üzrə ciddi addımlar atır. Eyni zamanda, sülhməramlılar üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq fəaliyyət göstərir. Biz üç ölkə liderlərinin mövcud razılaşmalarına əsaslanaraq Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, eləcə də sərhədlərin delimitasiyası və demarkasiyası, regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə səylərimizi davam etdiririk. Biz həm də Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasına yönəlmək üçün də kömək göstərəcəyik", - M.Zaxarova deyib.