30 Mart 2022 21:55
1 945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Almaniyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota göndərib və sovet hərbi məzar və abidələrinin təhqir edilməsinin yolverilməzliyini bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin saytında məlumat dərc olunub.

"2022-ci il martın 29-dan 30-na keçən gecə Berlinin Tierqarten rayonundakı dünyaca məşhur memorialın memarlıq ansamblına daxil olan sovet tanklarının Ukrayna bayrağının rənglərində olan üzlüklərlə örtülməsi bizi qəzəbləndirib. Bu hadisəni Avropanın faşizmdən azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş sovet əsgərlərinin abidəsini təhqir etmək kimi qiymətləndiririk", - məlumatda deyilib.

Rusiya səfirliyi hadisəni törədənlərin tapılaraq məsuliyyətə cəlb olunmasını tələb edib.

Bundan əvvəl Rusiya səfirliyi rus admiralı Fyodor Uşakovun abidəsinin təhqir edilməsindən sonra Yunanıstan Xarici İşlər Nazirliyinə nota göndərib. Naməlum şəxslər abidəni sarı rəngə boyayıblar və Ukraynanın "Azov" batalyonunun simvolunu çəkiblər. Diplomatik nümayəndəlik olayın araşdırılmasını və bunu edənlərin məsuliyyətə cəlb olunmasını tələb edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər