6 Aprel 2022 16:10
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyasının sədri Ursula van der Leyen Avropa İttifaqının Rusiyaya qarşı beşinci sanksiya paketinin sonuncu olmayacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bunu Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı deyib.

“Müharibənin bu kritik mərhələsində Putinə və Rusiya hökumətinə təzyiqi yenidən artırmalıyıq, ona görə də sanksiyalarımızı daha da gücləndirməyi təklif edirik”, - Leyen qeyd edib.

Onun sözlərinə görə, bu sanksiyalar Kremlin siyasi-iqtisadi imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq və Rusiyaya Aİ-dən qat-qat ağır təsir edəcək.

Leyen vurğulayıb: “Bu, son sanksiya paketi olmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu