26 Noyabr 2014 12:35
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstanın təhlükəsizlik qüvvələri bu gün ölkənin cənubunda 40-dan çox evdə və məsciddə reydlər keçiriblər.

Teleqraf.com amerikaninsesi.org-a istinadən xəbər verir ki, radikal islamçılara qarşı keçirilən xüsusi reydlər zamanı kitablar və kompyuterlər müsadirə olunub.

Yerli media reydlər zamanı silahlı polisin Pazarcıq şəhərindəki məscidə hücum edərək, müsəlmanların lideri Əhməd Mussanı həbs etdiyini bildirib.

Milli Təhlükəsizlik üzrə Dövlət Agentliyinin bəyanatında deyilir ki, əməliyyatlar ölkədə zorakılığa, anti-demokratik ideologiya və təhriklərlə bağlı cinayətlərin istintaqının tərkib hissəsidir.

Agentlik və prokurorluq Pazarcıq, Plovdiv, Smolyan, Haskovo və Asenovqrad şəhərlərində keçirilən reydlər və həbs edilənlər barədə əlavə məlumat verməkdən imtina edib.

Samir


Müəllif:

Oxşar xəbərlər