26 Noyabr 2014 21:55
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da 3 yaşlı uşağın silahla ehtiyatsız davranışı anasının ölümünə səbəb olub.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Oklahoma əyalətində 3 yaşlı uşağın divanın altından tapdığı silahdan açdığı atəş 1 yaşlı qardaşının altını dəyişən anasının ölümü ilə nəticələnib. Bu hadisə ABŞ-da silah qadağasını yenidən gündəmə gətirib.

Polisin verdiyi məlumata görə, silahdan açılan atəş nəticəsində həyatını dəyişən 26 yaşlı ana Kris Enqles olub. Onun cəsədini evə qayıdan qayınana tapıb. İki uşağın da bu zaman qanlar içində olduğu, üç yaşlı uşağın isə dayanmadan "anam vuruldu" dediyi bildirilib.

Polis evdə müxtəlif silahların olduğunu açıqlayıb. Onların daha əvvəl ABŞ ordusunda xidmət etmiş, indi isə TIR sürücüsü olan Brayn Enqlesə məxsus olduğu bildirilib.

Teleqraf.com hadisə ilə bağlı olan videonu təqdim edir :

Rüstəm


Müəllif:

Oxşar xəbərlər