ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ukraynanın paytaxtı Kiyevə gedib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski tviter səhifəsində bildirib.
“Kiyevdə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə görüş. ABŞ Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynaya güclü dəstək verən liderdir. Dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyiniz köməyə görə sizə təşəkkür edirik!”, - Zelenski paylaşımında qeyd edib.