2 May 2022 10:53
3 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalılar Gerasimovun son bir neçə gündür Ukraynanın şərqində olduğunu təsdiqləyirlər.

Teleqraf.com xəbər verir ki, Rusiya Federasiyasının Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynanın şərqindəki cəbhə xəttinə, xüsusən Xarkov vilayətinin İzyum şəhərinə səfər edib. Lakin Ukrayna ordusu işğalçıların mövqelərinə hücumuna qədər o, oranı tərk edə bilib.

Bu barədə “The New York Times” Ukrayna və Amerikanın yüksək rütbəli rəsmilərinə istinadən məlumat yayıb.

Aprelin 30-da axşam saatlarında Ukrayna hərbçiləri İzyumda rusların hərbi baza kimi istifadə etdikləri məktəbə hücum edib. Rəsmilərin sözlərinə görə, Gerasimov bazaya baş çəkib, lakin Ukraynanın hücumu başlamazdan əvvəl İzyumu tərk etməyi bacarıb.

Amerikalılar Gerasimovun son bir neçə gündə Ukraynanın şərqində olduğunu təsdiqləyirlər, lakin onlar Rusiya bazasına hücumdan xəbərsizdirlər.

Bir gün əvvəl Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Aretoviç Ukrayna müdafiəçilərinin İzyum yaxınlığındakı rus komandanlıq məntəqələrinə endirdiyi zərbələr nəticəsində azı 200-ə yaxın işğalçının öldürüldüyünü, onların içərisində azı 30-u yüksək səviyyəli zabitlər olduğunu bildirmişdi.

Mayın 1-də Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko Tvitterdə yazıb ki, dünən İzyumda Rusiya Federasiyasının 2-ci Ordusunun qərargahı yaxınlığında partlayış baş verib. Qeyd edilib ki, Baş Qərargah rəisi Gerasimov da bu ərazilərdə olub.

Daha sonra Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakov Rusiyadakı insayder mənbəyə istinadən “Facebook”da bildirib ki, Rusiya Federasiyasının Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynada sağ baldır nahiyəsindən qəlpə yarası alıb.


Müəllif: Nemət

Oxşar xəbərlər