27 Noyabr 2014 10:14
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ 11 sentyabr hadislərində şübhəli bilinərək "qara siyahı"ya salınan Səudiyyə Ərəbistanı vətəndaşı Yasin Əl Kadı 13 il sonra "əfv" edib.


ABŞ Maliyyə Nazirliyi bildirib ki, Yasin Əl Kadı 2012-ci il dekabrda Ağ Evə özü ilə bağlı qovluq verib və həmin qovluq araşdırıldıqdan sonra müsbət qərar verilib.

Yasin Əl Kadı ABŞ ilə yanaşı BMT və Avropa Birliyinin də "qara siyahı"sında yer alıb. Səudiyyəli iş adamı hüquqi müstəvidə mübarizə apararaq öncə AB, daha BMT-nin məlum siyahısından çıxa bilib.

Yasin Əl Kadı Türkiyədə də məşhur simadır. Türkiyənin hazırkı prezidenti R.T Ərdoğan vaxtında ona dəstək vermişdi və səudiyyəli iş adamına inandığını demişdi.


Müəllif:

Oxşar xəbərlər