8 May 2022 00:42
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa qonşu Belarusla sərhədboyu divarın 60 kilometrlik hissəsinin tikintisini başa çatdırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Polşa Sərhəd Xidməti məlumat yayıb. Qeyd edilib ki, daimi baryerlərin tikintisi bu ilin iyun ayında başa çatmalıdır.

Polşa və Belarus arasında sərhəd xəttinin ümumi uzunluğu 418 kilometrdir və onun 186 kilometrlik hissəsi quru sərhədidir. Sərhədin digər hissəsi isə Visla və Buq çayları vasitəsilə təbii baryerdən təşkil olunur. Quru sərhəddə tikilən hasar indiyədək mövcud olan və hündürlüyü 2,5 metrə çatan tikanlı məftillərdən ibarət baryerləri əvəz edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər