"Ukrayna öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etməyə davam edəcək. Müharibədə Ukrayna üçün son məqsəd Rusiya ordusunun və texnikasının ərazimizdən tamamilə çıxarılması, Ukraynaya gələcəkdə özünü müdafiə etmək imkanı verməkdir".
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski "G7" liderlərinin virtual görüşündə çıxış edərək ölkənin Rusiyaya qarşı müharibədə əsas məqsədlərindən danışarkən deyib.
Prezident Zelenski vurğulayıb ki, o, Ukraynanın beynəlxalq müttəfiqlərinə, o cümlədən "G7" liderlərinə müdafiə qabiliyyəti, eləcə də iqtisadiyyatın bərpası sahəsində lazımi yardım göstərəcəklərinə ümid edir.