11 May 2022 09:41
1 971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn həftə Rusiya ilə müharibədə dönüş nöqtəsi başlaya bilər.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı jurnalist Dmitri Qordon deyib.

Eyni zamanda, Qordon müharibənin bitmə tarixini deyə bilməyəcəyini bildirib.

“Nə Bayden, nə Zelenski, nə də Putin bu suala cavab verə bilər. Heç kim müharibənin nə qədər davam edəcəyini deyə bilməz. Çünki bu, sabah, o biri gün, bəlkə də bir neçə ildən sonra bitə bilər”, - journalist vurğulayıb.

Qordon müharibənin sonrakı gedişatının gələn həftədən asılı olacağını iddia edib:

“Hər şey gələn həftədən asılı ola bilər. Çünki cəbhədəki oğullarımızla, komandirlərlə tez-tez danışıram. Deyirlər ki, Qərbin göndərdiyi silahlar artıq ordunun sərəncamındadır, bunları sınaqdan keçirmək lazımdır. Bildiyimə əsasən, gələn həftə həlledici olmalıdır”.

Jurnalist əsas döyüşlərin Donbas, Zaporojye, Nikolayev, Odessa və Xarkov istiqamətində gedəcəyini bildirib:

“Bu, bizim mümkün irəliləməmiz və əks-hücumumuz üçün mühüm həftə olacaq. Onu da əlavə edim ki, Xerson vilayətinin işğalı müvəqqətidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər