Türkiyədə İordaniya əsilli ər-arvad kirayəyə qaldıqları evdə döyülüblər.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün 19.00 radələrində baş verib. İsgəndərpaşa məhəlləsində yaşayan iordaniyalı cütlük Sami Züheyif və Maysun Məhəmməd kirayə qaldıqları evdə 4 nəfərin hücümuna məruz qalıblar. Onlar qapını açan cütlüyü əvvəl döyüb sonra isə əllərini və ayaqlarını bağlayıblar.
Təcavüzkarlar evdə olan 5 min dollar, qızıl və sənədləri götürərək hadisə yerində qaçıb.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Teleqraf.com hadisə yerindən olan videonu təqdim edir:
Rüstəm