13 May 2022 10:04
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Peyk görüntüləri Rusiya hərbçilərinin işğal altındakı Melitopol şəhəri yaxınlığındakı Ukrayna hava bazasından istifadəni davam etdirdiyini göstərir”.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN “BlackSky” peyk görüntülərinə istinadən məlumat yayıb.

Mayın 12-də saat 15:58-də peykdən çəkilmiş fotoşəkildə hava bazasında ən azı yeddi helikopterin olduğu görünür. Mayın 7-də saat 6:02-də peykdən çəkilmiş görüntüdə yalnız bir helikopter görmək olur.

Nəşr yazır ki, aviabaza Rusiyanın işğal etdiyi ərazinin dərin arxa hissəsində yerləşsə də, bu, oradakı təyyarələrin təhlükəsiz olması demək deyil.

Martın sonunda Ukrayna qüvvələri hava limanına uğurla zərbələr endirib, bir neçə Rusiya hərbi helikopterini məhv edib. Bundan sonra Rusiya hərbçiləri əsasən hava limanını öz təyyarələri üçün baza kimi tərk etməli oldular. Bundan əvvəl internetdə Rusiya hərbi qüvvələrinin Ukrayna ilə sərhəddə və işğal olunmuş Krımda güclənməsini əks etdirən yeni peyk görüntüləri yayılıb.


Müəllif: Nemət

Oxşar xəbərlər