13 May 2022 17:08
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili gürcü xalqına Rusiya ilə sülhə zəmanət və ölkənin hərbi münaqişələrə cəlb olunmayacağına söz verib.

Teleqraf.com xəbər verir ki, bu barədə baş nazir jurnalistlərə açıqlamasında danışıb.

“Biz əhalimizə sülhün uzunmüddətli olacağına zəmanət veririk. Heç bir ikinci cəbhə, ölkədə heç bir müharibə olmayacaq, əksinə, inkişaf, quruculuq, əmin-amanlıq olacaq”, - deyə o bildirib.

Hökumət başçısı vurğulayıb ki, hakimiyyət Gürcüstana destruktiv vəziyyət gətirmək istəyən müxalifətin təxribatlarına boyun əyməyəcək. O, həmçinin qeyd edib ki, sabitlik, inkişaf və sülh hakim “Gürcü arzusu” partiyasının yaradıcısı Bidzina İvanişvilinin nailiyyətləridir.

Rusiya Ukraynada xüsusi hərbi əməliyyata başlayandan sonra Gürcüstan rəhbərliyi dəfələrlə bəyan edib ki, o, Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq və milli maraqlara uyğun gəlməyən heç bir iş görməyəcək. Eyni zamanda, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib ki, Gürcüstanın “ikinci cəbhə” açması Kiyevə böyük kömək edəcək. Ancaq nə “Gürcü arzusu” partiyası, nə də müxalifət bu ideyanı dəstəkləyib, bundan sonra prezident Vladimir Zelenski səfiri Tbilisidən geri çağırıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər